
Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü xanım maraqlı açıqlama verib.
Gununsesi.info xəbər verir ki, o, “Səhər-səhər” verilişində deyib ki, Rəmişin qohumları onu boşamasını və mal-mülkünə sahib olmaq istəyirlər:
“Onun hər şeyinə göz qoyublar. İndidən mal-mülkünün davasını edirdilər. Deyirlər Gülünü boşa. Boşansın, onu lüt evdən göndərəcəm, yola salacam gedəcək. Hər şeyi mənimdir”.
Rəmiş isə həyat yoldaşının sözlərinə belə reaksiya verib: “Gedib evimi də, maşınımı da Gülünün adına keçirdim. Sabah mənə nəsə olsa, mal-mülk davası getməsin. Mən onu necə boşayım? Yetim qızdır, heç kimi yoxdur. Acınacaqlı həyat yaşayıb. Ona görə də indi nə istəyir alıram”.
Gununsesi.info