Boşanmaların sayı artıb: 6 ayda 8168 ailə

  • By admin
  • 17 Avqust 2021 17:58

2021-ci ilin altı ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23 231 nikaha daxilolma və 8168 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,6-dan 4,7-yə, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.