Türkiyənin İstanbul şəhərində qatı duman səbəbindən Bosfor boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.
Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məhdudiyyət yerli vaxtla saat 04:15-dən tətbiq edilib.
Hazırda növbədə 301 gəmi var.
Qeyd edək ki, martın 10-da İstanbulun bəzi ərazilərində güclü duman müşahidə olunur.
Gununsesi.info