Bottas mübarizəni dayandırdı

  • By admin
  • 30 Mart 2022 12:15

“Alfa Romeo” komandasının sürücüsü Valtteri Bottas bildirib ki, mühərrik həddən artıq qızdığı üçün mübarizəni dayandırıb.

Gununsesi.info xəbər verir ki, finlandiyalı sürücü Ciddədəki yarışda 8-ci gedərkən, 35-ci dövrədə pitə gələrək mübarizəni dayandırmalı olub.

Valtteri Bottas: “Komanda mənə dedi ki, motor qızır. Sonra hərarət birdən artdı. Soyutma sistemində zibil ilişib qalıbmı deyə yoxlamaq üçün pitə gəldim. Amma komanda heç nə tapa bilmədi və trasa qayıtdım. Trasa qayıdanda motor daha da qızdı və buna görə də mübarizəni dayandırdım. İki yarışdan birini bitirmişik və bu, cəsarətverici statistika deyil. Buna görə də çox işləyib problemləri tapmalıyıq. Bolidimiz sürətlidir. Problem yaşamasaq, altıncı ola bilərdim. Bu da bizə gələcək üçün ümid verir. Sadəcə, bolidi təkmilləşdirmək lazımdır”.

Gununsesi.info