
Türkiyədə pişiyi ilə gəzən kişi ölkənin gündəminə oturub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Əskişehirdə yaşayan Mustafa Rahmi Erçetin pişiyi Silvanı da çiyninə alıb şəhər-şəhər dolaşır.
Pişiyi ilə ölkə gəzintisinə çıxan adam hər günə, ən azı 6 km. velosiped sürür. Onun pişiklə gəzintisi insanların marağına səbəb olub.
Səhər yeməyini yedikdən sonra şəhərin görməli yerlərinə gedən Erçetin heyvansevərliyi ilə insanların diqqətindədir.
Onun pişiyi ilə gəzinti fotolarını sizə təqdim edirik:
Tərcümə: Arzu