
Böyrəklər orqanizmin filtrasiyasıdır. Lakin bəzən onları həddən artıq toksinlərlə yükləmək sıradan çıxmasına gətirib çıxrır.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor Murat Tuncer, günlük həyatda etdiyimiz və yavaş-yavaş böyrək sağlamlığına ciddi zərərlər verən 5 hərəkətin ziyanlarından danışıb. Belə ki, böyrəklərə ən çox ziyan vuran qidaların başında proteinlər dayanır.
Bir çox böyrək xəstəliyində sidiklə atılan protein miqdarı artır. Sidikdəki bu artmış protein zamanla böyrək təməlində geri dönüşü olmayan zərərlərə yol aça bilir. Bu vəziyyətdə çox protein tükətmək, böyrək xəstəliyinin tezləşməsinə yol açır. Bir çox gəncin bədənini inkişaf etdirmə adına idarəsiz bir şəkildə istifadə etdiyi proteinlər də böyrək çatışmazlığına yol açır.
Şüursuzca antibiotik və ağrı kəsicilər istifadəsi böyrək çatışmazlığına yol aça bilir. Həkim tərəfindən tövsiyə edilmədikcə, dərman istifadə olunmamalıdır.
Sağlam bir insan üçün gündə 4 qram yemək duzu istifadəsi kafidir. Çox duz istifadəsi, qan təziqini artıraraq,ürək və qan-damar xəstəlikləri ilə birlikdə böyrək xəstəliklərinə də yol açır. Bunun üçün ilk addım olaraq masadan duz qaldırılmalıdır.
Su içmək nə qədər günlük bir vədrişdirsə, sidik atmaqda zərərli maddələrin atılması üçün vacib bir hərkətdir. Ancaq bir çox insan müəyyən səbəblərdən sidiyi gün ərzində sıxlıqla saxlamaqdadır. Sidik saxlamaq təkrarlanan sidik infeksiyasına və böyrək çatışmazlığına səbəb olur. Bir nəfərin normalda gündə 4-6 dəfə sidiyə getməsi lazımdır.
Su içmək, insan sağlamlığı üçün çox vacibdir. Bədən susuz qalarsa, ilk olaraq böyrəklərə təsir edər. Çünki su içmək qan təziyiqini yavaşladır. Normal vaxta bir dəqiqədə ürəkdən ixrac olunan qanın yüzdə iyirmisi böyrəklərə gedir. Beləliklə, bədənin susuz qalması ilə ilk olaraq böyrəklər siqnal verir. Sağlam bir insanın gündə 1,5-2 litr su içməsi lazımdır. Bədənin ehtiyacı olan suyun alınmaması halsızlığın yanında böyrəklərdə daşın yaranmasına da səbəb olur.
Gülnaz Qənbərli
Gununsesi.info