Böyük Britaniya Avropa Şurasından da imtina edir?

  • By admin
  • 20 İyul 2016 17:51

Boyuk Britaniya 1 Bayraq

Böyük Britaniya Avropa Şurasında 2017-ci ilin iyulunda başlamalı olan sədrliyindən imtina edəcək.

Gununsesi.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə RİA Novosti xəbər yayıb.

Qeyd olunur ki, bu, Britaniyanın Baş naziri Tereza Mey və Avropa Şurasının sədri Donald Tusk arasında danışıqdan sonra məlum olub.

T.Mey bildirib ki, Britaniyanın prioriteti Avropa İttifaqından çıxmaq üzrə danışıqlar olacaq: “Aİ-dən çıxmaq üzrə danışıqlara dəqiq hazırlaşmaq lazımdır”.

Gununsesi.info