Venesuela Karakasın Esekibo bölgəsi ilə bağlı mübahisəsi olan qonşu Qayana ölkəsinə hərbi gəmi göndərən Böyük Britaniyanın hərəkətlərinə “sərt” reaksiya verib.
Gununsesi.info xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro Bolivar Milli Silahlı Qüvvələrinin (FANB) rəsmilərini 2023-cü il Yeni il münasibətilə təbrik edən mərasimdəki çıxışında İngiltərənin bölgəyə döyüş gəmisi göndərmək qərarını qınayıb.
Mərasimə hərbi formada qatılan Maduro Britaniya və Qayananın təşəbbüsünə cavab olaraq orduya “General Domingo Antonio Sifontes 2023” birgə hərbi təlimlər keçirməyi əmr edib.
Qayanın Kral Donanmasına aid gəmi HMS Trent-i qəbul etməsinin iki ölkə arasında 14 dekabr razılaşmasının ruhuna zidd olduğunu bildirən Maduro vəziyyətə səssiz qalmayacağını bildirib.
Orduya Atlantik okeanında “müdafiə vəziyyətinə” keçməyi əmr etdiyini vurğulayan Maduro əlavə edib: “Biz təhdidlərə mütənasib şəkildə cavab veririk, bu gün bəyanat verdik və bütün hərəkətlərimizi ehtiyatda saxlayırıq”.
Digər tərəfdən, Venesuela hökumətinin bəyanatında Böyük Britaniyanın Qayanaya hərbi gəmi göndərmək qərarı qınanılır.
Britaniya Kral Donanmasının “HMS Trent” gəmisini Esequibo bölgəsi ilə bağlı mübahisədə Venesuelaya qarşı keçmiş müstəmləkəsi Qayanaya dəstək vermək üçün Karib hövzəsinə göndərib.
Britaniya mediasına danışan Müdafiə Nazirliyinin sözçüsü məsələnin təfərrüatlarını bölüşüb və gəminin ayın sonuna qədər Qayanaya çatacağını bildirib.
Dekabrın 14-də Venesuela prezidenti Maduro və Qayana prezidenti İrfan Əli Karib dənizindəki Sent-Vinsent adasında və Qrenadin adalarında görüşüblər.
Qayana və Venesuela mübahisəli neftlə zəngin Esequibo bölgəsindəki gərginliyi həll etmək üçün “gücdən istifadə etməmək” barədə razılığa gəliblər.
Venesuela rəhbərliyi, Esequibo bölgəsinin ölkəyə aid olduğuna qərar verən Venesuelada keçirilən referendumdan sonra, Qayananın 4 ərazisindən təxminən 3-nə uyğun gələn bölgəni nəzarət altına almaqla hədələyib.
Venesuela və Qayana arasında Esequibo bölgəsi mübahisəsi Qayana müstəqillik əldə etməzdən əvvəlki dövrə gedib çıxır.
Qayana Britaniyanın müstəmləkəsi olduğu dövrdə 1899-cu ildə sərhəd arbitrajının qərarı ilə Esequibo çayı Qayananın qərb sərhədi olaraq təyin olundu.
Lakin 1966-cı ildə müstəqillik qazanan və 1970-ci ildə Birliyə qoşulan Qayana bu sərhədi tanımayıb və Esequibonun Qayanaya aid olduğunu bəyan edib.
İndi Esequibo və ya Guyana Esequiba kimi tanınan bölgə mərkəzi Qayanada və ölkənin şimalında Esequibo çayının qərbində yerləşir.
Bölgənin təbii sərvətlərlə son dərəcə zəngin olduğu bildirilir.
Gununsesi.info