Böyük Britaniya dünyada media azadlığının güclənməsinin tərəfdarıdır – SƏFİR

Böyük Britaniya dünyada azad medianın güclənməsinin tərəfdarıdır. Çünki müstəqil KİV-lər insan hüquqlarının müdafiəsində mühüm rol oynayır. Bu barədə Böyük Britaniya səfiri Ceyms Şarp dünən fikir azadlığı mövzusunda jurnalist müsabiqəsinin yekunlarına həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.

Öz növbəsində, “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşall ingilisdilli jurnalistlər üçün müsabiqənin əhəmiyyətini qeyd edib, azad media probleminə toxunub.

“Bu müsabiqə Azərbaycanda jurnalistlərin çətin vəzifələrin öhdəsindən necə gəldiklərini göstərib”, deyə o bildirib. Müsabiqənin qalibi Fatma Babayeva Londonda bir həftəlik staj hüququ qazanıb.

“Press Association” agentliyinin direktoru Azərbaycana səfəri çərçivəsində müstəqil və hökumətyönlü media nümayəndələri ilə görüşüb, ADA universitetində “Vətəndaş cəmiyyətində plüralizmin əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Gununsesi.org