Böyük Britaniya hökumətində dəyişikliklər olub

  • By admin
  • 15 Sentyabr 2021 21:21

Böyük Britaniya hökumətində bir sıra dəyişikliklər baş verib.

Krallığın xarici işlər naziri Dominik Raab vəzifəsindən istefa verərək ədliyyə naziri təyin olunub.

Onun yerinə isə əvvəlki beynəlxalq ticarət naziri Elizabet Trass tutub.

Həmçinin baş prokuror Robert Baklend və təhsil naziri Qavin Uilmson da vəzifələrini tərk ediblər.

Gununsesi.info