Böyük Britaniya Kraliçasının nəvəsi gizli şəkildə italiyalı maqnatla evlənib - FOTO

  • By admin
  • 17 İyul 2020 19:21

Böyük Britaniya Kraliçası II Elizabetin nəvəsi Şahzadə Beatris gizli şəkildə evlənib.

Gununsesi.org xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Britaniya taxtının doqquzuncu varisi olan Beatris İtaliya əsilli milyoner Edoardo Mapelli Motsi ilə ailə qurub.

Toy Vindzor malikanəsindəki “All Saints’s Chapel”də baş tutub. Mərasimdə Kraliça və Şahzadə Filip, eləcə də gəlinin atası Şahzadə Endryu iştirak edib.

Ümumilikdə toy mərasimində 20 qonaq olub.

 

Gununsesi.org