Böyük Britaniyada keçirilən “exit-poll”un nəticələrinə görə, Leyboristlər Partiyası ümumi seçkilərdə 410 deputatla İcmalar Palatasında çoxluq qazanıb.
Gununsesi.info xarici mətbuata istinadla xəbər verir ki, təxminən 50 milyon seçicinin olduğu ölkədə İcmalar Palatasının üzvlərini müəyyən etmək üçün qutular açılıb.
Ümumilikdə 4515 namizədin 650 yerlik İcmalar Palatasına daxil olmaq üçün mübarizə aparacağı seçkinin ilk nəticələri bir neçə saat ərzində bəlli olmağa başlayacaq.
“Exit-poll”un səsvermə prosesi başa çatdıqdan bir neçə dəqiqə sonra elan ediləcəyi gözlənilir.
İcmalar Palatasında ortaya çıxacaq ümumi mənzərənin səhər saatlarında dairələrdən parlamentə daxil olan deputatlar müəyyənləşəndə aydınlaşacağı təxmin edilir.
Tədqiqat şirkətlərinin seçki öncəsi apardığı sorğulara əsasən, ana müxalifət olan Leyboristlər Partiyasının böyük fərqlə qalib gələcəyi, hakim Mühafizəkarlar Partiyasının isə məğlubiyyətə uğrayacağı proqnozlaşdırılır.
Əvvəlki seçkilərdə 365 mandata sahib olan Mühafizəkarlar Partiyasının mandatlarının sayının 100-ə düşəcəyi təxmin edilsə də, sorğular İşçi Partiyasının 400-dən çox mandat qazanacağını göstərir.
Sorğular göstərir ki, İcmalar Palatasında ifrat sağçı İslahatçılar Partiyası, sarı Liberal Demokratlar Partiyası, Şotlandiya Milli Partiyası və Yaşıllar Partiyası birdən çox yerlə təmsil olunacaq.
Ceyhun
Gununsesi.info