Böyük Britaniya Rusiyada 10 min Şimali Koreya hərbçisinin olduğunu açıqlayıb

  • By Günel
  • 02 Noyabr 2024 08:43

Böyük Britaniyanın müdafiə naziri Con Hili Rusiya ərazisində 10 min Şimali Koreya hərbçisinin olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə o “X” hesabında məlumat verib.

“Hərbi kəşfiyyatımız 10 min Şimali Koreya əsgərinin Rusiyaya gəldiyini, onların əhəmiyyətli bir hissəsinin Kursk bölgəsinə getdiyini təsdiqləyib”, – deyə o bildirib.

Gununsesi.info