
Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Ferqus Old Obe “Twitter” hesabında gəncəlilərin leksionu ilə status paylaşıb.
Gununsesi.info-nun xəbərinə görə, yeni səfir
“Ay lələ! İlk dəfə Gəncəyə gələndə Azərbaycana yeni gələn tələbə idim. İndi mən Britaniya səfiri və Azərbaycanın dostu kimi qayıdıram”- deyə yazıb.
Qeyd edək ki, Ferqu Old Obe səfir təyinatından bir neçə ay əvvəl Gəncə şəhərində yaşayıb və orada Azərbaycan dilini öyrənib.
Gununsesi.info