Böyük Britaniya səfiri həbs edilənlərin istintaqının tezləşdirilməsini istəyir

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Old həbs edilən müxalif lider Tofiq Yaqublunun qızı Nigar Həzi ilə görüşüb.

 

Gununsesi.info bildirir ki, bu barədə səfir özünün sosial şəbəkə hesabında yazıb:

 

 

“Görüşdə onun atası, müxalif siyasətçi Tofiq Yaqublunun həbsini və ailəsinin narahatlığını müzakirə etdik. Rəsmiləri müstəqil istintaqın aparılmasına və təzəlikcə həbs olunanların da, istintaq proseslərinə tez bir zamanda yekun vurmağa çağırıram”.

 

Gununsesi.info