Böyük Britaniya səfirliyi Tofiq Yaqubluya qarşı zorakılığı pislədi - ARAŞDIRILMALIDIR!

  • By admin
  • 08 Dekabr 2021 18:55

Böyük Britaniya Azərbaycan hakimiyyətini dekabrın 1-də keçirilən etiraz aksiyasından sonra Tofiq Yaqublu və başqalarının ağır rəftara məruz qalmaları barədə xəbərləri araşdırmağa çağırır”.

Gununsesi.info bildirir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Twitter səhifəsində deyilir.

Məlumatda deyilir ki, dinc etiraz hüququ Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunur və ona hörmət edilməlidir.

Bundan öncə ABŞ-ın Azərbaycandakı Səfirliyi dekabrın 1-də Bakıda “Saleh Rüstəmliyə azadlıq!“ şüarı ilə keçirilən etiraz aksiyası zamanı baş verənlərə münasibət bildirib.

Gununsesi.info