Böyük Britaniya Ukrayna üçün yeni pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayır.
Gununsesi.info xəbər verir ki, Birləşmiş Krallığın Baş naziri Rişi Sunak ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevdə keçirdiyi birgə mətbuat konfransında olan əməkdaşının verdiyi məlumata görə, bu barədə Britaniyanın hökümət başçısı elan edib.
“Bununla bağlı 200 milyon funt sterlinqlik üç qrant layihəsi var. Ukrayna ordusu üçün həm Ukraynada, həm də xaricdə pilotsuz təyyarələrin istehsalına başlayacağıq” – R.Sunak bildirib.
Gununsesi.info