Böyük Britaniya Ukraynaya əlavə olaraq on minlərlə artilleriya mərmisi vermək niyyətindədir

  • By admin
  • 20 Sentyabr 2023 11:00
qrant şepps

Böyük Britaniya Ukraynaya əlavə olaraq on minlərlə artilleriya mərmisi vermək niyyətindədir.

Gununsesi.info –nun məlumatına görə, bu barədə “Sky News” kanalı Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şeppsın bəyanatına istinadən xəbər verib.

Böyük Britaniyanın müdafiə nazirinin sözlərinə görə, hava hücumundan müdafiə texnologiyaları, uzaqmənzilli raketlər, həmçinin Ukrayna Silahlı Qüvvələrinin təlimi də daxil olmaqla, əsas istiqamətlər üzrə əlavə yardım barədə razılıq əldə olunub.

Hərbi yardımın çatdırılması yaxın aylarda həyata keçiriləcək.

Şepps vurğulayıb ki, bu yolla dövlət öz öhdəliklərinin dönməzliyini göstərir.

Səid Əhmədli
Gununsesi.info