Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, ölkə hökuməti inflyasiya fonunda iqtisadi xərclər səbəbindən Ukraynaya dəstəyi zəiflətmək qərarına gələrsə, tutduğu vəzifədən istefa verəcək.
Gununsesi.info xəbər verir ki, Conson hadisələrin belə inkişafı üçün ilkin şərtləri görmədiyini vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın baş naziri Kiyevə səfər edib və deyib ki, “Ukrayna mövzusundan bütün dünyada bir az yorğunluq görünməyə başlayıb”.
Gununsesi.info