Böyük Britaniya Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərəcək

  • By admin
  • 30 Dekabr 2023 09:48

Böyük Britaniya hava hücumundan müdafiə vasitələrini Ukraynaya təhvil verəcək.

Gununsesi.info bildirir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps məlumat verib.

“Biz Ukraynanın müdafiəsini dəstəkləməyə davam edirik. Buna görə də biz bu gün yüzlərlə hava hücumundan müdafiə raketi göndəririk ki, Böyük Britaniyanın hədiyyə etdiyi Rusiya pilotsuz təyyarələrini və raketlərini inanılmaz dəqiqliklə vura bilən hava hücumundan müdafiə sistemlərinin arsenalına əlavə edək”, – deyə o bildirib.

Britaniyalı nazir digər Qərb ölkələrini Ukraynanı lazımi silah və hərbi texnika ilə təmin etməyə çağırıb.

Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan sonra Böyük Britaniya Kiyev hakimiyyətinə 5,9 milyard dollar dəyərində hərbi yardım edib.

Gununsesi.info