Böyük Britaniya və Çexiya nüvə enerjisi sahəsində əməkdaşlıq edəcək

  • Müəllif: Firuzə
  • 15 İyul 2025 12:12

Böyük Britaniya və Çexiya hökumət başçıları – Kir Starmer və Petr Fiala nüvə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Çexiyanın “ÇTK” xəbər agentliyi respublika hökumətinin başçısına istinadən məlumat verib.

Razılaşmaya əsasən, konkret təşəbbüslərdən biri “Rolls-Royce SMR” tərəfindən Çexiyada kiçik modul reaktor zavodunun tikintisi ola bilər.

Tərəfdaşlığın şərtlərinə görə, Çexiya şirkəti “Rolls-Royce SMR”in səhmlərinin 20%-ni əldə edəcək və tərəflər innovativ nüvə texnologiyalarının inkişafı və kommersiya tətbiqi sahəsində sıx əməkdaşlığa başlayacaqlar. Eyni zamanda, dəyəri yüz milyonlarla avro olan investisiya layihəsi artıq Britaniya tənzimləyiciləri tərəfindən təsdiqlənib.

Gununsesi.info