Böyük Britaniya vətəndaşlarını Ukraynanı 48 saat ərzində tərk etməyə çağırdı

  • By admin
  • 13 Fevral 2022 19:12

Böyük Britaniya öz vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi Rusiyanın hər an Ukraynanı işğal edə biləcəyini və öz vətəndaşlarının son 48 saat ərzində ölkəni tərk etmələrinin lazım olduğunu bildirib.

Böyük Britaniya səfiri əsas heyətlə Ukraynanın paytaxtı Kiyevdə qalacağını deyib.

Qeyd edək ki, ABŞ və Almaniya da daxil olmaqla 10-dan çox ölkə öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb.

 

Gununsesi.info