Böyük Britaniyada 4,7 bal gücündə zəlzələ olub

  • By admin
  • 17 Fevral 2018 20:30


Böyük Britaniyada 4,7 bal gücündə zəlzələ olub.

Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən verdiyi məlumata əsasən, zəlzələ UTC vaxtı ilə 14:31-də baş verib. Təkanlar Uelsin paytaxtı Kardiffdən 49 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 10 km olub. Dağıntılar və tələfat barədə məlumat verilmir.

Gununsesi.info