Böyük Britaniyada ada üçün kral axtarılır

  • By admin
  • 27 Dekabr 2021 12:06

Böyük Britaniyanın şimal-qərbində yerləşən Pil adası üçün kral axtarılır.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Məlumata görə, krallığın şimal-qərbində yerləşən Barrou-in-Furness Şəhər Şurası şəhərin inzibati sərhədləri daxilində yerləşən Pil adasının kralı olmaq üçün vakansiya elan edib. Ada Furness yarımadasından 800 metr məsafədə yerləşir.

Bura apreldən sentyabr ayına qədər bərə ilə və ya suyun çəkilməsi zamanı piyada getmək olar.

Vakansiyada qeyd edilir ki, aprel ayından başlayan mövsümə qədər bar və otelin idarəçiliyini ələ keçirmək, 14-cü əsrdən qalmış qalanı qorumaq və 10 il adanın kralı olmaq lazımdır.

Gununsesi.info