Böyük Britaniyada maraqlı vəzifə- TƏNHALIQ NAZİRİ

Böyük Britaniyada maraqlı vəzifə

Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkənin idman və ictimaiyyət naziri Treysi Krauçu yeni yaradılmış Tənhalıq məsələləri üzrə Nazirliyin rəhbəri təyin edib.

Gununsesi.info xəbər verir ki, T.Mey yeni nazirliyin bir neçə il öncə qətlə yetirilmiş deputat Co Koksun fəaliyyəti əsasında yaradıldığını bildirib.

Qeyd edək ki, C.Koks Böyük Britaniya Parlamentində tənhalıq məsələləri üzrə komissiyaya rəhbərlik edib və özünü tənha hiss edən vətəndaşlara yardım üçün orqanın yaradılmasına çalışıb.

Hələlik Tənhalıq Nazirliyinin konkret olaraq hansı fəaliyyətlə məşğul olacağı barədə məlumat verilməyib.

Gununsesi.info

COMMENTS