Böyük Britaniyada miqrasiya əleyhinə meyllər güclənib

Böyük Britaniyada baş verən iğtişaşlar ölkə əhalisinin miqrasiya əleyhinə əhval-ruhiyyəsini gücləndirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The New York Times” xəbər verir.

“Sorğu göstərir ki, iğtişaşlar Böyük Britaniyada miqrasiya əleyhinə fikirlərin diqqətini artırıb. Respondentlərin üçdə ikisi son illərin immiqrasiya siyasətinin iğtişaşlara qismən cavabdeh olduğunu bildirib”, – qəzet yazır.

Məlumata əsasən heç bir etiraz aksiyası Britaniya ictimaiyyəti tərəfindən dəstəklənmir: respondentlərin 85 faizi iğtişaşlara, eləcə də onlar zamanı zorakılığa qarşı çıxıb.

Xatırladaq ki, iyulun 29-da İngiltərənin Sautport şəhərində 17 yaşlı yeniyetmə məşhur amerikalı müğənni Teylor Sviftin mahnıları sədaları altında rəqs edərkən 17 yaşlı yeniyetmə bıçaqla rəqs studiyasına hücum edərək üç uşağı öldürüb.

Bundan sonra internetdə cinayəti törədənin müsəlman olması ilə bağlı saxta xəbərlər yayıldığı üçün bütün ölkədə kütləvi iğtişaşlar başlayıb.

 

 

İlhamə

Gununsesi.info