Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək

  • By admin
  • 19 Aprel 2017 12:44
terezamay
 Böyük Britaniyanın baş naziri Tereza Mey  2017-ci ilin iyununda ölkədə növbədənkənar parlament seçkiləri keçirilməsi ilə bağlı   mövqeyini açıqlayıb.
 Gununsesi.info BBC-yə istinadən xəbər verir ki,  baş nazir T. Mey 2020-ci ilədək parlament seçkilərinin keçirilməməsi ilə bağlı  qərarını dəyişib.
Baş nazir bunun səbəbini  Brexitin prosedur qaydasının tətbiqi ilə bağlı hökumətdə yaranacaq müəyyən poblemlərlə  izah edib. Baş nazir hesab edir ki,  növbədənkənar parlament  seçkiləri  hökumətə olan inamla bağlı tərəddüdlərə və mübahisələrə son qoymaqla yanaşı, partiya daxilində yaranmış duruma da aydınlıq gətirəcək. 
Bütün bunları nəzərə alan  Böyük Britanaiyanın  baş naziri 2017-ci ilin iyun ayının 8-nə növbədənkənar parlament seçkilərinin keçirilməsini elan edib.
Baş nazirin fikrincə, növbədənkənar parlament seçkiləri  Böyük Britaniyanın Avropa Birliyindən çıxaması ilə bağlı həyata keçrilən prosedur  qaydaları həyata keçirməkdə hökumətin  vahid mövqedən çıxış etməsinə öz müsbət təsirini göstərəcək:
“Növbədənkənar parlament seçkiləri  ölkədə bu məsələ ilə bağlı sabitliyi təmin edəcək”.
Baş nazirin bu qərarı isə hamı üçün gözlənilməz olub.
Çünki bundan öncə  baş nazir  dəfələrlə 2020-ci ildən tez parlament seçkilərinin keçirilməməsi ilə bağlı  bəyanatlar vermişdi.
Mürtəza
 Gununsesi.info