Böyük Britaniyadan Azərbaycana insan hüquqları çağırışı

  • By admin
  • 15 Noyabr 2023 10:00

Böyük Britaniya hökuməti son beş il üçün  İnsan hüquqlarının 44-cü Universal Dövri İcmalını açıqlayıb.

Azərbaycanla bağlı açıqlamada hökumətdən bir sıra addımlar atılması istənilir.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən Gununsesi.info-ya göndərilən məlumatda deyilir ki, Birləşmiş Krallıq Azərbaycanın UPR prosesində iştirakını və minalarla çirklənmədən zərər çəkənlərə daha çox müdafiəsini alqışlayır:

“Biz Azərbaycanı münaqişədən sonra barışığı, xüsusən də köçkünlərin müdafiəsini inkişaf etdirməyə təşviq edirik”.

Bəyanatda, həmçinin, hazırda həbsdə olan ADR Partiyasının lideri Qubad İbadoğlunun məsələsinə də toxunulub: “Biz Dr Qubad İbadoğlunun işində vurğulandığı kimi, ifadə və toplaşmaq azadlıqlarının məhdudlaşdırılmasından narahatıq. Biz Azərbaycanı hamı üçün insan hüquqlarının müdafiəsini təkmilləşdirməyə çağırırıq. Hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyəti fəallarına və jurnalistlərə, həbs edilmiş əcnəbi vətəndaşlara qarşı insan hüquqlarının pozulması ilə bağlı bütün iddiaların, o cümlədən təcili diqqət tələb edən həll edilməmiş işlərin səmərəli və şəffaf şəkildə araşdırılmasını təmin etməyi tövsiyyə edirik. Azərbaycanın 2001-ci ildə törətdiyi böhtan və təhqirə görə jurnalistlərə qarşı məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsindən 147 və 148-ci maddələrin çıxarılmasını tövsiyyə edirik. Cinayət Məcəlləsində məişət zorakılığının bütün formalarının cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri qanunvericiliyin qəbul edilməsi tövsiyyə olunur”.

 

Şəbnəm

Gununsesi.info