“Böyük Britaniyanın Fələstin üçün humanitar yardımı dayandırmaq planı yoxdur”.
Gununsesi.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunakın nümayəndəsi bildirib.
“Yardım göstərməyə yanaşmamızı dəyişdirə biləcəyimiz hər hansı plandan xəbərim yoxdur. Lakin vəziyyət sürətlə dəyişir.”
Sunakın nümayəndəsi qeyd edib ki, London regionda vəziyyətin pisləşməsi fonunda İsrailə qoşun və ya silah göndərmək niyyətində deyil. Eyni zamanda o, İsrailin Fələstinin Həmas hərəkatına qarşı özünümüdafiə və cavab tədbirləri hüququna malik olduğuna diqqət çəkib.
“Biz İsrailin özünümüdafiə haqqını və zorakılığa son qoymaq üçün mütənasib addımlar atmaq hüququnu dəstəkləyirik”.
Eyni zamanda o, vurğulayıb ki, İsrail hakimiyyəti “beynəlxalq qanunlar çərçivəsində” hərəkət etməlidir.
Qeyd edək ki, bundan əvvəl bir neçə Avropa ölkəsi Fələstinə humanitar yardımın dayandırıldığını açıqlamışdı.
Tərcümə
Şəbnəm
Gununsesi.info