Böyük Britaniya Ukraynanın hərbi ehtiyacları üçün daha 25 milyon funt sterlinq ayırıb və əlavə olaraq 6 min raket göndərir.
Gununsesi.info xəbər verir ki, bu barədə baş nazir Boris Conson bəyan edib.
Hökumətin saytında yerləşdirilən bəyanatda qeyd olunur ki, Ukraynaya növbəti dəstək tədbirlərinə 6 min tank əleyhinə və fuqas raketləri daxildir, habelə Ukrayna ordusunun ehtiyacları üçün 25 milyon funt sterlinq maliyyə dəstəyi göstəriləcək.
Boris Consonun bu bəyanatı Brüsseldə bu gün martın 24-də keçiriləcək NATO sammiti ərəfəsində verilib. Sammitdə Ukraynaya hərbi dəstəyin artırılması müzakirə olunacaq.
O cümlədən alyans liderləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə edəcəklər. Sammit ərəfəsində Boris Conson müttəfiqləri Ukraynanın Rusiya təcavüzünə qarşı özünü müdafiə edə bilməsi üçün zəruri vasitələrlə təmin etməyə çağırır.
Gununsesi.info