Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Bakıya səfər edəcək

  • By ilhame
  • 15 Noyabr 2023 22:02

Noyabrın 22-də Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokerti (Leo Docherty) regional səfər çərçivəsində Bakıya gələcək.

Gununsesi.info-nun diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, o, İrəvan və Tiflisə də səfər edəcək. Səfərin proqramı barədə məlumat verilmir.

Noyabrın 13-də Dokerti Londonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib.

Görüşdən sonra o, “uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında birbaşa sülh danışıqlarına təcili ehtiyac olduğunu” bildirib.

Britaniyalı nazir həmçinin qeyd edib ki, Ermənistan Qafqazda məsuliyyətli oyunçudur və Böyük Britaniya ilə strateji tərəfdaşlıq qurmaq istəyir və bu mövzu onun Ermənistana səfəri zamanı müzakirə mövzusu olacaq.

Gununsesi.info