Böyük Britaniyanın Azərbaycandakı səfiri açıqlama yaydı

  • By Admin2
  • 05 Mart 2026 16:02

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Beynəlxalq Hava Limanının İran tərəfindən dron zərbəsinə məruz qalması barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Gununsesi.info xəbər verir ki, hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə də paylaşılıb.

Müzakirələrə səbəb olan görüntülərə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da biganə qalmayıb.

O bildirib ki, bu gün iki İran dronunun Naxçıvana zərbə endirməsi tamamilə qəbuledilməzdir.

Səfir o cümlədən deyib:

“Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda Azərbaycanla və zərər çəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir”.

Gununsesi.info