Böyük Britaniyanın Baş naziri bütün ölkələri Rusiya ilə dialoqa çağırıb

  • By admin
  • 14 Fevral 2022 22:21

Böyük Britaniyanın Baş naziri Boris Conson bütün ölkələri Ukraynada münaqişənin qarşısını almaq üçün Rusiya Federasiyası ilə dialoqa çağırıb.

Gununsesi.info xəbər veri ki, bu barədə Baş nazir Twitter səhifəsində yazıb.

“Biz uçurumun kənarındayıq, lakin Prezident Putinin hələ də kənardan geri çəkilməyə vaxtı var. Biz hamını dialoqda iştirak etməyə və Rusiya hökumətini səhv etməməyə çağırırıq. Əks halda Rusiya üçün fəlakətli nəticələr olar” deyə Boris Conson qeyd edib.

Qeyd edək ki, yaxın saatlarda Conson Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Amerika Birləşmiş Ştatları Prezidenti Co Baydenlə telefon danışığı aparacaq. Daha sonra onun bir sıra Avropa liderləri ilə danışıqlar aparması gözlənilir.

 

Gununsesi.info