Böyük Britaniyanın baş nazirindən iki əhəmiyyətli ADDIM: Kremlin narazılığına səbəb oldu

  • By admin
  • 13 Yanvar 2024 14:57

Böyük Britaniyanın hind əsilli baş naziri Rişi Sunak dünən gün ərzində iki əhəmiyyətli addım atıb. Onun birinci addımı Ukrayna prezidenti Volodimir Zelenski ilə təhlükəsizlik sahəsində ikitərəfli hərbi əməkdaşlıq sazişi imzalamasıdır.

Gununsesi.info xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, London Kiyevlə hərbi əməkdaşlığı gücləndirməyə qərar verib. Bu qərar Kremlin narahatlığına səbəb olub.

“Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvevyev bildirib ki, əgər Böyük Britaniya Ukraynada hərbi baza yaradarsa bu Londonun Rusiyaya qarşı müharibə elan etməsi olacaq. Rişi Sinak Kremlin hədəsindən ehtiyat etsəydi Kiyevlə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmağa qərar verməzdi. London Ukraynanın Rusiyaya qarşı müqavimətini davam etdirməsini istəyir. Rişi Sunakın ikinci addımı ABŞ-la birgə Yəməndə husilərin mövqelərinə raket zərbəsi endirməsinə razılıq verməsidir”, – deyə o əlavə edib.

Politoloq hesab edir ki, bu, Rusiya ilə yanaşı Türkiyənin də narazılığına səbəb olub: “Husilərin mövqelərinin raketlərlə vurulacağı gözlənilən idi. Çünki husilər Qırmız dənizdə üzən ticarət gəmilərinə hücum əməliyyatlarından imtina etməyiblər”.

Gununsesi.info