Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa üzrə dövlət naziri Leo Dokerti Bakıda bir qrup insan hüquqları fəalı ilə görüşüb.
Gununsesi.info bildirir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld özünün Twitter səhifəsində yazıb:
“Bu gün cənab Leo Docherty bir qrup insan hüquqları müdafiəçisi ilə görüşdə müşayiət etdim. Azərbaycandakı insan hüquqları vəziyyətini, Dr. İbadoğlunun və Abzas Medianın rəhbər şəxslərinin həbsini və həmçinin Azərbaycanın 4-cü UPR prosesini müzakirə etdik” deyə səfir qeyd edib.
Görüşdə iştirak edən vəkil Bəhruz Bayramov Gununsesi.info-ya bildirib ki, müzakirələr olduqca məsuldar keçib:
“Azərbaycanda insan haqlarının, xüsusilə, məhkəmə-hüquq sisteminin durumu müzakirə olundu. Hazırda həbsdə olan Qubad İbadoğlunun qardaşı Qalib Toğrul da müzakirələrə qatılmışdı. Görüşün nəticəsi olaraq, deyə bilərəm ki, Birləşmiş Krallıq Azərbaycanda insan haqlarına ciddi önəm verir”.
Elmar
Gununsesi.info