Böyük Britaniyanın keçmiş baş nazirindən maraqlı açıqlama - "CONSON ÜÇÜN ÇIXIŞ YOLU YENİ REFERENDUMDUR"

  • By admin
  • 10 Sentyabr 2019 20:26

“Avropa İttifaqından (Aİ) anlaşmasız ayrılmaq ya da Aİ-də qalmaqla bağlı yeni bir referendum keçirmək Boris Conson üçün daha yaxşı bir çıxış yolu olardı”.

Gununsesi.org-un “Huffington Post”a istinadən verdiyi xəbərə görə, bu sözləri Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr Kings deyib.

O bildirib ki, Boris Conson üçün uduzacağı seçki keçirməkdənsə, “Brexit”lə bağlı yeni bir referendum keçirmək daha ağıllı addımdır.

“Əgər hökumət anlaşmasız Aİ-dən ayrılmağı təşviq edirsə, geriyə dönüb baxın, xalqa bunu həqiqətən istəyib-istəmədiyini soruşun”, – T. Bleyr deyib.

 

Gununsesi.org