Böyük Britaniyanın müdafiə naziri Vernon Coaker və 18 britaniyalı şirkət ilk dəfə olaraq Bakıda keçirilən ADEX müdafiə sərgisində iştirak edir.
Gununsesi.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Duncan Norman sosial media hesabında paylaşım edib.
Səfir sərgidə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovu da gördüyünü qeyd edərək, bundan məmnunluğunu ifadə edib.
Duncan Norman bildirib ki, ziyarətçilər sərgidə Böyük Britaniyanın təqdim etdiyi müdafiə sahəsində dünya səviyyəli təcrübə, innovasiya və imkanlarla tanış ola bilərlər.












