Bu gün Azərbaycan millisinin son 3 cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə”də mübarizə aparacaq.
Gununsesi.info xəbər verir ki, idmançıların hər üçü mübarizəyə 1/8 finaldan başlayacaq.
90 kq-da yer alan Məmmədəli Mehdiyev Rafael Masedo (Braziliya) / Nqayap Hambu (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.
100 kq-da mübarizə aparan Zelim Kotsoyev Pyotr Kuçeranı (Polşa) sınağa çəkəcək. 100 kq-dan yuxarı çəkidəki isə Uşangi Kokauri xalça üzərinə çıxacaq. Onun rəqibi Marvin Qado (Monako) olacaq.
Qeyd edək ki, “Böyük Dəbilqə”nin ilk günündə mübarizəyə qoşulmuş cüdoçulardan Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov və Rüstəm Orucov (hər ikisi 66 kq) medalsız qalıblar.
Gununsesi.info