Böyük Dəbilqə: CÜDOÇUMUZ GÜMÜŞ MEDAL QAZANDI

  • By admin
  • 07 Noyabr 2021 17:52

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

Gununsesi.info  xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Con Jayne (ABŞ), Goki Tajima (Yaponiya) və Luka Maysuradzeyə (Gürcüstan) qalib gəlib.

100 kq-dakı Adil Kərimli bürünc medal uğrunda Onise Seneblidze ilə (Gürcüstan), 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri isə Sven Heinle ilə güləşəcək.

***

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.

90 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada Kosuke Maşiyama (Yaponiya) ilə üz-üzə gəlib.

Rəqibinə qızıl xal bölümündə cərimə xalları ilə məğlub olan Mehdiyev gümüş medalla kifayətlənib.

İndiyədək Orxan Səfərov (66 kq) qızıl, İçinxorlu Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov (73 kq) və Elcan Hacıyev (81 kq) bürünc medal qazanıblar.

Gununsesi.info