Böyük Dəbilqə: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır

  • By admin
  • 05 İyun 2022 09:18

Bu gün Azərbaycanın daha bir cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

Gununsesi.info xəbər verir ki, yarışın sonuncu günündə 90 kq çəki dərəcəsində çıxış edən Murad Fətiyev medal qazanmağa çalışacaq.

23 yaşlı idmançı 1/16 final mərhələsində qazaxıstanlı Adlet Missinlə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) və Elcan Hacıyev (81 kq) bürünc medala sahib çıxıb.

Gununsesi.info