“Böyük insan bu dünyadan köçüb gedəndə, günəş sanki daha kiçik olur” - Dərxan Kıdırəli

  • By admin
  • 12 Dekabr 2016 17:30

safirrr

Azərbaycanın Qazaxıstandakı səfirliyi və Beynəlxəlxalq Türk Akademiyası birgə təşkil etdiyi “Heydər Əliyev-Azərbaycan xalqının ümummilli lideri. Azərbaycanın müstəqilliyinin 25 ili” adlı beynəlxalq konfrans ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən foto və kitab sərgisinin açılışı və Ümummilli liderə həsr olunan video-çarxın nümayişi ilə başlayıb.

Gununsesi.info-nun məlumatına görə, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Heydər Əliyevin dövlətimizin müstəqilliyi uğrunda gördüyü əvəzsiz xidmətlərdən danışıb. Diplomat qeyd edib ki, dünya miqyaslı siyasətçi olan Heydər Əliyev hələ sovet dönəmində Azərbaycanda ciddi islahat və quruculuq işlərini həyata keçirib. Ümummilli lider Azərbaycanın qazandığı ən mühüm nailiyyətlərin şəriksiz müəllifi olub.

Beynəlxalq Türk Akademiyasının prezidenti Dərxan Kıdırəli isə çıxışına Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Heydər Əliyevin vəfatı ilə bağlı söylədiyi fikirlə başlaıb: “Böyük insan bu dünyadan köçüb gedəndə, günəş sanki daha kiçik olur”.

O, qeyd edib ki, həqiqətən də, Heydər Əliyev Tanrı dərgahına qovuşanda günəş sanki, kiçilmişdi, Azərbaycan günəşsiz, soyuq bir dekabr gününü yaşayırdı. Amma narahatlığa əsas yox idi. Çünki, Heydər Əliyev zəkası, müdrikliyi artıq o soyuq günləri gələcəyə daşımayacaq bir bir məktəb, yeni bir lider formalaşdırmışdı. Bu müdriklik onu xalqın əbədi liderinə, Ulu Öndərinə çevirdi. Akademiya prezidenti daha sonra qeyd edib ki, Heydər Əliyev Türk dövlətlərinin inteqrasiyasına xüsusi önəm verirdi. Türk dövlətlərinin yaxınlaşmasına xidmət edən bir çox təşkilatların yaradılmasında, müxtəlif layihələrin həyata keçirilməsində Heydər Əliyevin müstəsna xidmətləri olub. Onun çox əhəmiyyət verdiyi türkdilli xalqların, dövlətlərin birliyi və əməkdaşlığı məsələləri bu gün dövlət başçıları Nursultan Nazarbayev, İlham Əliyev və müstəqil türk dövlətlərinin rəhbərləri tərəfindən uğurla davam etdirilir.

Türk dünyası Ağsaqqallar Şurasının sədri Adil Axmedov, Qazaxıstan Tarix İnstitutunun direktoru Burkit Ayaqan, Milli Avrasiya Universitetinin professoru Bolat Komekov və digərləri ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyindən danışıblar. Qazaxıstanla Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin güclənməsində dahi rəhbərin əvəzedilməz xidmətləri qeyd olunub.

Çıxışlarda vurğulanıb ki, Heydər Əliyev həm də Azərbaycanın bu gün yürütdüyü uğurlu və tarazlaşdırılmış xarici siyasətin baş memarıdır. Heydər Əliyev hərtərəfli və dərin siyasi bacarığı, ensiklopedik zəksı ilə bir xalq, bir ölkə, bir qitə çərçivəsinə sığacaq lider deyildi. O, bütün insanlığa məxsus böyük tarixi şəxsiyyətdir.

Gununsesi.info