“Böyük müharibə riski var, Rusiya və Çin…” - Generaldan SENSASİON XƏBƏRDARLIQ

  • By admin
  • 22 May 2022 17:23
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (QSC) rəhbəri, general Mark Milli bildirib ki, böyük dövlətlər arasında genişmiqyaslı münaqişə riski artıb.
Gununsesi.info  xəbər verir ki, bu barədə o, “West Point” Hərbi Akademiyasının məzunları qarşısında çıxışı zamanı bildirib.
“Biz indi iki dünya gücü ilə – Rusiya və Çinlə üz-üzəyik. Bu ölkələrin hər biri əhəmiyyətli hərbi potensiala malikdir və mövcud qaydalara əsaslanan nizamı dəyişməkdə qərarlıdırlar”, – Milli deyib.
O qeyd edib ki, ABŞ getdikcə qeyri-sabitləşən dünyaya daxil olur. Milli əlavə edib ki, hazırda dünya böyük dövlətlər arasında ciddi beynəlxalq münaqişə potensialına malikdir. “Bu potensial azalmır, artır”, – deyə o, vurğulayıb.
Gununsesi.info