“Böyük Oyunçular” Suriyada yaşanan faciəni artıq məzhəblərarası gərginliyə çevirə bilirlər…” - DEPUTAT

  • By admin
  • 15 Dekabr 2016 21:51

qanira-qanira

“Müsəlman dünyasının daha da zəifləməsini istəyən “Böyük Oyunçular” Suriyada yaşanan faciəni yavaş-yavaş məzhəblərarası gərginliyə çevirə bilirlər. Müsəlman dünyası da bu oyuna gedir təssüf ki…Bundan sonrası nə ola bilər? Bu barədə düşünmək lazımdır Suriyada baş verənlərə məzhəb kimliyi ilə reaksiya, təpki verməzdən əvvəl… “.

Gununsesi.info-nun məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva qeyd edib.

O, qeyd edib ki,  məzhərlərarası gərginliyin artmasının sonu müsəlman dünyası üçün hansı fəlakətlərə səbəb ola bilər, açığı bu barədə düşünməkdən belə qorxur.

“Müsəlman dünyası ilə bağlı məsələlərə müsəlman kimliyi ilə baxmaq lazımdır, məzhəb kimliyi ilə deyil. Təssüf ki, məzhəb kimliyi ilə baxış daha da artır. İnşallah, ölkəmizdə insanlarımız Yaxın Şərqdə bu istiqamətdə gedən prosesləri doğru görüb məsələlərə yanaşmada heç zaman belə bir mövqe ilə çıxış etməyəcək və Azərbaycan bu günə qədər olduğu kimi, bundan sonra da bu məsələdə müsəlman dünyasında ən yaxşı örnəklərdən biri olmağa davam edəcək”-deyə, Q. Paşayeva daha sonra sözlərinə əlavə edib.

K. HƏMZƏOĞLU

Gununsesi.info