Böyük qanlı müharibəyə səbəb olan bahalı üzük: Ermənilərin Raisaya verdiyi 1 milyon dollarlıq üzük harada saxlanılır? - FOTO

  • By admin
  • 26 Dekabr 2023 13:15

1988-ci il dekabrın 6-da BMT-nin 43-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn M.Qorbaçovla erməni diaspor və lobbisinin görüşü olmuşdu. Görüşün təşkilində SSRİ-nin həmin vaxt ABŞ-dakı səfiri Yuri Dubininin xanımı Liana Zavenovna Dubinina xüsusi fəallıq göstərmişdi. Lyana Dubinina (qızlıq soyadı Xaçaturyan) ABŞ-dakı erməni diasporunun Rusiya səfirliyi ilə əlaqəsini yaratmışdı. Raisa Qorbaçovanın erməni diasporu ilə görüşünü də məhz o təşkil etmişdi.

Gununsesi.info xəbər ki, bu barədə dosent Zaur Əliyev bildirib.

O qeyd edib ki, ermənilər M.Qorbaçova xristianlığa aid bir qədim əlyazma, İ.Ayvazovskinin bahalı rəsm əsərini və vaxtilə İngilis krallarına məxsus qiymətli zərgərlik əşyaları, Raisa Maksimovnaya isə məxsusi hazırlanmış brilliant üzük və qolbağ hədiyyə etmişdilər: “SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkova isə “Şəbəkə” üslubunda hazırlanmış qızıl məcməyi və qızıl stəkanaltı dəsti göndərmişdilər.

Üzük Qorbaçovun xanımının o qədər xoşuna gəlir ki, onların şərəfinə ermənilərin verdiyi banket zamanı əlinə qədəh alaraq “Sovet və erməni xalqları arasında dostluğa” tostunu deyib. Görüşdən sonra Raisa Qorbaçovanın erməni diasporuna cavabı bələ olur: “Qarabağ məsələsi tezliklə sizin xeyrinizə həll olunacaq”.
Z.Əliyevin sözlərinə görə, həmin brilyant üzük ilə əlaqədar Almaniyada çıxan “Ştern” jurnalında dərc edilmiş kollajda Raisa Qorbaçovanın barmağındakı brilyant üzüyün şüası Azərbaycan xəritəsində Dağlıq Qarabağın üzərinə düşür.
“Amma bir neçə ay sonra məlum olanda ki, Qorbaçov Qarabağın ermənilərə verilməsinə təsir göstərə bilməyəcək, daşnaklar Ermənistandakı meydanda “Raisa, üzüyü qaytar” plakatı asıblar.
Ona bağışlanan və dəyəri bir milyon dollar olan birliyant üzük hazırda muzeydə saxlanılır”, – deyə o bildirib.
Gununsesi.info