Türkiyə prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan İstanbulda cümə namazından sonra jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.
Gununsesi.info xəbər verir ki, Ərdoğan bələdiyyə seçkilərində namizədlərin nə zaman açıqlanacağı ilə bağlı suala cavab olaraq bazar günü İstanbulda keçiriləcək trend sorğusunu xatırladıb.
”Adana və İzmirin böyük şəhərlərinin millət vəkilləri, təşkilat və bələdiyyə başçıları ilə görüş keçirdik. Onların rəylərini qəbul etdik. Bazar günü hər 3 bölgənin trendlərini alacağıq. Dekabrın sonuna doğru birinci dərəcəli metropoliten şəhərlərimizin namizədlərini elan etməyə başlayacağıq. Bu arada bəzi vilayətlərin namizədlərini açıqlaya bilərik. Bu araşdırmaları tendensiyalara görə qiymətləndirməyi və gecikmədən ən qısa zamanda elan etməyi hədəfləyirik”, – deyə o bildirib.
Gununsesi.info