Böyük şairlərin çiçəyə münasibəti və həyat dərsləri

  • By admin
  • 17 İyun 2024 11:49

 

Söhbət Yapon şairi Basyödən, ingilis şairi Tennisondan və alman şairi Hötedən gedir. Dahi Sudzukinin “Dzen-buddizm haqqında mühazirəsi”ndən: “Hər üç şairin gəzinti zamanı təsadüfən rast gəldikləri çiçək barədə yaşantıları maraqlıdır. Tennison –gülü əldə etmək qərarına gəlir və onu kökündən qoparır və bundan sonra şeir yazır. Tennison bu hərəkəti ilə tipik Qərb sənətkarı olduğunu biruzə verir. Həqiqət axtarışında təbiətin bir varlığını “öldürür”.

Yapon şairinin çiçəyə münasibəti başqadır. Basyö onu qoparmaq fikrinə düşmür, ona toxunmur. Çiçəyə lap yaxın gəlib, diqqıtlə baxır və anlayır ki, bu təbiətdə bitən çiçəkdir. Yapon şairi təbiətin bu varlığını diqqətlə seyr edir, onunla vahid varlıq olmaq istəyir və çiçəyi qırmır. Tennison çiçəyi əldə etmək naminə təbiəti fəth etmək istəyir və nəticədə çiçək məhv olur. Basyö isə seyretmənin dərinliyinə dalaraq xokku (3 misralı yapon şeir janrıdır) yazır.

Bəs Böyük alman şairi Höte nə edir? Höte meşədə gəzərkən onun da diqqətini parlaq bir çiçək cəlb edir. Onda da Tennison kimi çiçəyi qoparmaq istək yaranır. Ancaq Tennisondan fərli düşünür. Çiçəyi öldürmək olmaz. Höte üçün bu çiçək o dərəcədə canlı varlıqdır ki, hətta şairlə danışır: Basyö və Tennisondan fərqli davranış göstərir. O, çiçəyi kökündən çıxarıb daha sərin baxçada əkir. Hötenin bu hərəkəti digər iki şairin gülə münasibətində aralıq rolunu oynayır. Məqsəd başqa bir varlığa yaşamaq gücü verməkdir.

Tenissonun çiçəyə münasibəti əldə etmək, sahib olmaq – material münasibətdir.

Basyönün və Hötenin çiçəyə münasibəti varlıq prinsipinə söykənir.

 

Etibar Əliyev

Milli Məclisin deputatı