Rusiya qoşunları Lisıçansk şəhərini ələ keçirdikdən sonra növbəti böyük toqquşmanın Donetskdən 70 kilometr qərbdə Slovyanskda baş verəcəyi gözlənilir.
Gununsesi.info xəbər verir ki, “Associated Press”-ə danışan, təhlükəsizlik səbəbiylə adını açıqlamayan ukraynalı əsgər “Hər kəs növbəti böyük müharibənin Slovyanskda olacağını bilir” deyib.
Məlumatda qeyd olunur ki, hər iki tərəf ciddi şəkildə həlledici döyüşə hazırlıq görür.
Gununsesi.info