BÖYÜK TƏHLÜKƏ: Amerika və Kanadada 100 milyona yaxın adam dondurucu soyuqdan ölə bilər

  • By arzu
  • 04 Fevral 2023 14:57

Şimali Amerikanı təsiri altına alan dondurucu hava təsirini göstərərkən Amerika və Kanadada yaşayan 100 milyona yaxın adam tarixi dərəcələrdəki dondurucu soyuqlarla qarşı-qarşıya qalıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Milli Hava Durumu Xidmətləri dondurucu havanın “bir qurşaqda 1 dəfə görülə biləcək”, 10 dəqiqə içində soyuq “dişləməsinə” yol aça biləcək dondurucu küləklər gətirdiyini açıqlayıb.

HTML tutorial

Kanadanın Manitoba bölgəsindən Amerikanın Manie əyalətinə qədər olan qurşaqda yaşayanlara keçirəcəkləri zamanı məhdudlaşdırma çağırışı edildi.

Bazar ertəsindən bəri Amerikada pis hava üzündən 11 nəfər həyatını itirib.

Texas bölgəsində 8 nəfər ölərkən, Oklohama və Arkanzas əyalətlərində ümumilikdə, 2 nəfər dünyasını dəyişib.

Amerikanın 10-a qədər bölgəsində ən aşağı istilik rekordları qırılarkən, ən az, 83 milyon adamın -17 dərəcəyə enə biləcək hava durumu ilə qarşılaşması gözlənilir.

Mayn əyalətində 1971-ci ildən bəri ən sərt qış keçməkdədir.

Bostonda temperaturun 0 dərəcənin altına enməsi ilə şəhərdəki məktəblər qapadılıb.

Kanadada isə bəzi bölgələrdə termometrlərin -38 və -50 dərəcəyə enməsi proqnozlaşdırılır.

Texas, Missisippi, Arkanzas bölgələrində 309 mindən artıq adama elektrik enerjisi verilə bilmir.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info