“Böyük təhlükədi Meral Akşənər və o hələ öz sözünü deyəcək!” - VAQİF HACIBƏYLİ DƏ REFERENDUMDAN YAZDI

  • By admin
  • 17 Aprel 2017 15:56

meral abla

Türkiyədəki referendumla bağlı proqnozum beləydi ki, “əvətçilər” 45-50 faiz arası səs toplayacaqlar,amma “hayr” tərəfdarları qalib gələcək.Əksinə oldu. Amma deyirlər ki,saxtakarlıq olub, yəni mən əslində proqnozu düz vermişəmmiş, sadəcə, saxtakarlığın müqyası ilə bağlı azca yanılmışam.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış siyasətçi, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli öz “Facebook” statusunda yazıb.

Statusu cüzi ixtisarla  təqdim edirik:

“Türkiyədə ən perspektivli siyasətçi kimi Meral Akşenəri qəbul etdiyimi artıq bilirsiniz. Referendumdan sonra onun çıxışı Türkiyə iqtidarını çox qəzəbləndirib. İndi o irticanın hədəfindədi. “Fetoçu” damğasını da artıq rahatca yapışdırıblar ona, Kamal bəydən daha çox onu qamçılayır Ərdoğanyanlısı media.Əslində hədəfi düz seçiblər…Böyük təhlükədi Meral xanım və o hələ öz sözünü deyəcək!

Ərdoğanın referendumda qələbəsinə gəldikdə isə bu olaya birmənalı münasibət yoxdur…Görünən odur ki, orada demokratik institutların fəaliyyət dairəsi getdikcə daha çox məhdudlaşacaq. Mən Türkiyə və irtica məhfumlarını artıq bir yerdə işlədirəmsə,orada seçki saxtakarlığı müzakirə mövzusudursa, bu əslində böyük faciədir Türkiyə adına.
Amma Türkiyənin gələcəyi baxımından konstitusiya islahatları bu və ya digər şəkildə mütləq aparılmalıydı. Bu mənada Türkiyədə prezidentlik üsul-idarəsinin bərqərar olmasını az qala dünyanın sonu kimi qəbul etmək də yanlışdır.

meral ve abulfez bey

Bu referendumdan sonra üç mühüm nəticəni qeyd etmək lazımdır:

1) Azərbaycan cəmiyyəti faktiki Türkiyəyə öz doğma ölkəsi kimi yanaşır və bu ölkədə baş verənləri özününkü kimi qəbul edir.Mən dünən axşam sosial şəbəkələrdə bunu bir daha müşahidə etdim.
2) Türkiyə toplumu irticaya boyun əymir və əyməyəcək.Rəsmi rəqəmlərə əsasən 48,6 faiz seçicinin iqtidarın mövqeyinə “yox” deyə bilməsi həm də Ərdoğan iqtidarını cilovlayacaq…
3) Bu referendumda məni ən çox narahat edən kürd faktoru idi. Lakin nəticələrə əsasən məlum oldu ki,kürdlərin əksəriyyət təşkil etdiyi bölgələrdə 2015-ci il seçkilərinə nisbətən iqtidar daha çox uğur qazanıb.

meral-1

Ankara, İstanbul, İzmir, Antalya kimi iri şəhərlərdə protest elektoratının qələbə çalması da təsdiq edir ki,”əvətçilərin” əleyhinə verilən səslərdə kürd faktoru həlledici rol oynamayıb.

Bu da bu referendumda demokratik qüvvələrin ən ciddi uğurlarından sayıla bilər”.

vaqif hacibeyli

 

Gununsesi.info