“Böyük yanğınların hamısı söndürülüb” – Türkiyəli nazir

  • By admin
  • 12 Avqust 2021 12:37

“Türkiyədə 15 gün davam böyükmiqyaslı meşə yanğınları söndürülüb”.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün Tvitter səhifəsində yazıb.

Nazir Muğlanın Göyçeğiz rayonundakı yanğının da nəzarətə alındığını bildirib:

“İyulun 28-dən başlayan Türkiyə tarixində ən böyük meşə yanğınları son olaraq Muğlada lokallaşdırılıb. Bu fəlakətin aradan qaldırılmasında başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, dövlət qurum və təşkilatlarına, türk millətinə, dəstək verən ölkələrə təşəkkür edirik”.